Niyaməddin Orduxanlı: “ "Milli Şura" gələn həftə dağıla bilər"

"Seçkinin başlamasına 15 gün qalıb, bunlar bir-birilərinə "Piri Baba"nın nağılını danışırlar"
Niyaməddin Orduxanlı: “ "Milli Şura" gələn həftə dağıla bilər"

"Rüstəm İbrahimbəyovu nəinki Rusiya prezidenti, Vladimir Putin, heç Rusiyanın jek müdiri də dəstəkləmir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Milli Şura"-nın Tiflis yığıncağını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu faktı iki gün öncə "Milli Şura" üzvlərinin Putinə müraciət etməsi təsdiqləyir: "Dünənə qədər "Milli Şura" üzvləri böyük bir kampaniya aparırdılar ki, "Rusiya bizi dəstəkləyir", "Putin bunları hakimiyyətə gətirir". İndi artıq özlərinin necə gülünc vəziyyətə düşdüklərinin şahidi olublar. İndi anlayırlar ki, 75 yaşlı qoca, siyasətdən başı çıxmayan Rüstəm İbrahimbəyov sadəcə onları aldadırmış".

Son 20 ildə müxalifətdən qalan şəxslər R.İbrahimbəyovu ona görə qabağa veriblər ki, pul qoparsınlar

"Seçkinin başlamasına 15 gün qalıb, bunlar bir-birilərinə "Piri Baba"nın nağılını danışırlar. Rüstəm İbrahimbəyov anlamır ki, son 20 ildə müxalifətdən qalan şəxslər Rüstəm İbrahimbəyovu ona görə qabağa veriblər ki, pul qoparsınlar. Dəfələrlə "Bakıya gəlirəm, bu səfər dəqiqdir", -deyən R.İbrahimbəyov avantüra ilə məşğuldur. İsa Qəmbər də bütün bunları yaxşı bilir. Ona görə də öz namizədliyini son ana qədər saxlayacaq və özü seçkidə iştirak edəcək", - deyə Orduxanlı sözlərinə əlavə edib.

Rəsul Quliyevin seçkidə iştirakı ilə bağlı məsələyə şərh verən BAXCP sədrinin müavini bildirib ki, onun seçkidə iştirakı birbaşa qanunla mümkün deyil: "Qanuna görə prezidentliyə namizəd ən azı 10 il ölkədə yaşamalıdır. Bunu da Rəsul Quliyev çox yaxşı bilir. Odur ki, onun namizədliyinin verilməsi məsələsinə ciddi baxmıram".

N.Orduxanlı qeyd edib ki, gələn həftə "Milli Şura"nın dağılması rəsmən elan oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə