Zahid Oruc: “Rüstəm İbrahimbəyov pərt olduqlarını ört-basdır etmək üçün Tiflis teatrını seçdi” AÇIQLAMA

“Hesab edirəm ki, “Milli Şura”nın qlobal seçki qayğısı hansısa milli platformalar, demokratiya və siyasi qayğılar üzərində deyil, sadəcə olaraq R.İbrahimbəyovun problemlərinin həll olunmasına hesablanıb”
Zahid Oruc: “Rüstəm İbrahimbəyov pərt olduqlarını ört-basdır etmək üçün Tiflis teatrını seçdi” AÇIQLAMA

"Rüstəm İbrahimbəyov Tiflisdə keçirdiyi görüşlə sübut etdi ki, onun təmsil etdiyi "Milli Şura" adlı qurum çox bərbad vəziyyətdədir". Bunu SİA-ya millət vəkili Zahid Oruc Gürcüstanın paytaxtı Tiflisin "Vere Palace" otelində Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun görüşünə və burada müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, birincisi, R.İbrahimbəyovun iyulun 29-da olan dönüşünü Azərbaycan xalqı deyil, yalnız 5-10 nəfər onun əhatəsində olan insanlar görüb: "Beləcə, R.İbrahimbəyov pərt olduqlarını ört-basdır etmək üçün Tiflis teatrını gündəmə gətirdi. İkincisi, burada hansı mühüm qərarlar qəbul olunub ki, ölkəmizin taleyinin Gürcüstanda həll olunmasına kimlərsə inansın? Üçüncüsü isə bu, sadəcə olaraq, R.İbrahimbəyovun pulları ilə keçirilən tədbir idi".

Z.Oruc hesab edir ki, R.İbrahimbəyovun Azərbaycana gəlməsi onun Beynəlxalq Hava Limanında 3-4 nəfər tərəfdaşı ilə görüşməsi və gəlib burada yenə də ənənəvi köhnə sərt bəyanatlar səsləndirməsi bu insanın həyatını heç bir parametr üzrə dəyişməyəcək: "Hesab edirəm ki, "Milli Şura"nın qlobal seçki qayğısı hansısa milli platformalar, demokratiya və siyasi qayğılar üzərində deyil, sadəcə R.İbrahimbəyovun problemlərinin həll olunmasına hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə