“Son dövrdə baş verən hadisələr Türkiyəyə qarşı təzyiq kimi nəzərdə tutulub” AÇIQLAMA
"Son dövrdə dünyada baş verən qlobal ictimai-siyasi proseslər çərçivəsində Tükiyənin də mövcud olduğu regionda böyük dəyişikliklər baş verir. Belə ki, Yaxın Şərqə və Şimali Afrikaya yeni dizayn verilir, onlar yeni forma və qəlibə salınır. Bu proseslərin aktiv qismi demək olar ki, 2002-ci ildən başlayıb. Bu proses çərçivəsində də Türkiyənin müəyyən rolu vardır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Türkiyənin Somalidəki səfirliyinə qarşı təşkil edilən terror hadisələrinə münasibət bidlirərkən deyib.
Politoloqun sözlərinə görə, zaman-zaman Türkiyəni dağıtmaq istiqamətində hərəkət edən ayrı-ayrı güclər də məsələ ilə bağlı öz mövqələrini bildirib. Bəzən də bundan imtina ediblər: "Məsələnin mahiyyəti ondan ibarətdir ki, bütün bunlar Türkiyənin milli maraqlarına, dövlət maraqlarına qarşı yönəlmiş bir hadisədir. Bu proseslərin heç biri də özü-özlüyündə baş verməyib. Bu kimi hallar Türkiyənin Şimali Afrikada və Yaxın Şərqdə artmaqda olan rolundan narahat olan müəyyən qüvvələr tərəfindən atılır. Son iki ildə isə ənənəvi lahiyədən kənara çıxma hadisələri baş verir. Yəni, Yaxın Şərq üzərində aparılan dizayn lahiyələrində müəyyən dəyişikliklər olur. Son dövrlərdə Türkiyəni idarə edənlərin dünyanın hegomon ölkələrinə səfəri zamanı, onların həmin ölkələrin rəhbərləri ilə fikirlərinin üst-üstə düşməməsi açıq şəkildə özünü büruzə verir. Bu müşahidələrə əsasən deyə bilərəm ki, son dövrdə baş verən hadisələr Türkiyə Cümhuriyyətinə qarşı təzyiq kimi nəzərdə tutulmuş aksiyadır".
Misirdə baş verən qarşıdurmalara da toxunan Hikmət Babaoğlu sözlərinə əlavə edib ki, bu proseslər imperalist mərkəzlərin düşündükləri və yaratdıqları idarə olunan xaod kimi səciyyələndirilməlidir: "Bu qlobal dövlət quruculuğu prosesində atılan addımlardan biridir. Eyni zamanda bu proseslərin nə şəkildə törədildiyi hamıya bəllidir. Mən ayrı-ayrılıqda dövlətlərin adını çəkmək istəmirəm. Lakin, bircə onu demək istəyirəm ki, son çevriliş üçün dünyanı idarə edən hegemon dövlətlərin birindən Misir ordusnuna bir milyard yarım dollar məbləğində vəsait ayırılıb. Bu faktın özü göstərir ki, bu proseslər nə səbəbə baş verir. Qlobal dövlət nəzəriyyəçilərinin və onu həyata keçirmək istəyən imperalist üzlər məhz Misir kimi 80 milyondan çox əhalisi olan, güclü iqtisadi resuslara malik olan ölkədə xaos yatarmaq istəyirlər. Beləcə bunu adını da demokratiya qoyublar. Bu demokratiya, işğalçı deməkratiyadır. Bunun həqiqi deməkratiya ilə heç bir əlaqəsi yoxdur. Onlar heç bir cəbhəxanadan istifadə etmədən ölkə daxilindəki ayrı-ayrı qrupları bir-birilərinə qarşı qoymaqla, istəklərinə asanlıqla nail olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB