"Azərbaycanda 2002-ci ilə qədər proporsional və majoritar seçki sistemləri tətbiq olunub". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimindəki çıxışı zamanı Milli Məclisin Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərovun sözlərinə görə, majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur: "Proporsional seçki sistemi partiya siyahısına əsaslanır. Ancaq vətəndaş bu halda partiya siyahısına səs verir. Siyahıda istəmədiyi adam da olsa, ona da səs vermiş olur. Lakin majoritar seçki sistemində vətəndaş birbaşa istədiyi namizədə səs verir. Proporsional seçki sistemində rayonların təmsilçiliyi şübhə altında qalır. Ancaq majoritar seçki sistemində bu problem yaşanmır".
Milli Məclisin Sədrinin birinci müavini sözlərinə əlavə edib ki, müəyyən ölkələrdə səsverməyə gəlməyən insanlar üçün cərimələr, davamlı seçkidən yayınanlar üçün isə bəzi ölkələrdə cəzalar nəzərdə tutulub: "Azərbaycanda buna ehtiyac yoxdur, çünki əhalimiz siyasi cəhətdən fəaldır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB