"Seçki ili başlamazdan əvvəl bir neçə oyuncaq birlik, toplum yaradan müxalifət öz zəifliyini, cəmiyyətdən kənar olduğunu açıq şəkildə nümayiş etdirib. Sonda isə kənardan gözlənilən istiqamət gəldi və onlar dünənə kimi "gözüm çıxdıya" saldıqları ermənilərin yaxın dostu olan bir rejissoru Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd elan ediblər. Buna qədər qondarma Milli Şura yarandı və müxalifətin müəyyən bir qismi aralarındakı nifaqla bu şuraya qoşulası oldu".
Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. O qeyd edib ki, meydana gələn nüanslardan aydın görünür ki, illik siyasi fəaliyyətləri dönəmində bir dəfə də olsun birlik modeli nümayiş etdirməyənlər, indi dinməz-söyləməz milli şurada təmsil olunmağa boyun əyəsi olublar: "Sonda anladılar, onlar növbəti dəfə kənar qütblərin oyuncağı kimi səhvə yol veriblər. Xarici bir ölkənin vətəndaşının namizədliyini irəli sürüblər və siyasi karyeraları boyu səhvlər ssenarisinə daha qabasını əlavə ediblər. İndi isə onun ölkəyə gəlib-gəlməyəcəyi qayğısı onların canına vəlvələ salıb. R.İbrahimbəyov isə Azərbaycana gəlmək istəmir. Hətta onun namizədliyini irəli sürmüş qondarma şura üzvləri bunu təkid etsələr belə, R.İbrahimbəyov bunu edə bilmir. O, ən yaxşı halda müxalifət nümayəndələrinin bir qismi ilə Bakıda deyil, Gürcüstanın paytaxtı Tiflisdə görüşməyə razılıq verib. Bu da adlarını milli qoyduqları şuranın qeyri-milli namizədi! Müxalifət düşərgəsində sonun bu cür olacağına, R.İbrahimbəyovun namizədliyi üçün tər tökənlərin sonda xəcalət çəkəcəyinə bir az da olsa düşüncə kifayət etməliydi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB