Bugünkü müxalifətin dünənki, eyni zamanda 20 il öncəki müxalifətlə heç bir fərqi yoxdur. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib. Təşkilat sədri qeyd edib ki, ümumiyyətlə, əgər bugünkü müxalifət həqiqətən də özünə güvənən, heç bir xarici qüvvədən asılı olmayan siyasi təşkilatlar toplumuna aid olsa idi, bu illər ərzində hər hansı cüzi nailiyyət əldə edə bilərdi: "Amma bunun belə olmadığını cəmiyyət, sağlam düşüncəli ictimaiyyət də yaxşı bilir. Bu gün onlar, xüsusilə də "Milli Şura"-nın sədri Rüstəm İbrahimbəyov "vahid namizəd" seçilməsinə rəğmən, rəhbərlik etdiyi qurumda tam dəstəyini qazana bilmir. O xarici ölkələrdə özünə dəstək axtarır və sadəlöhvcəsinə inanır ki, seçkilərdə müsbət nəticə əldə edə biləcək. Lakin bu gün "Milli Şura" təmsilçiləri də anlayırlar ki, onlar oktyabr marafonuna bütöv halda gedə bilməyəcəklər. Çünki diqqət yetirsəniz görərsiniz ki, onun Azrbaycana dönməsi məsələsi hələ də böyük sual altında qalıb. Bu səbəbdən də "şura"da "ehtiyat namizəd" məsələsi qaldırılıb və indi də həmin namizədli üstündə kəskin qarşıdurmalar yaşanır. Belə müxalifətdən isə başqa heç nə gözləməyə dəyməz".
YAP Xəzər rayon təşkilatının sədri eyni zamanda vurğulayıb ki, özlərinə xaricdə dəstək axtaran anti-milli müxalifət və "Milli Şura" adlı qondarma qurum hakim partiyanın – Yeni Azərbaycan Partiyasının apardığı məqsədyönlü və düzgün addımlarından dərs götürməlidirlər: "Lakin görünən budur ki, onlar YAP-ın uğurlarını həzm edə bilmirlər və buna görə də özələrini deyil, hakimiyyəti günahlandırmağa cəhd edirlər. Hansı ki, bu gün hakimiyyət-xalq və xalq-hakimiyyət monolit birliyi mövcuddur və bu monolitliyi heç bir qüvvə sarsıda bilməz. Təbii ki, Azərbaycan xalqı da öz sözünü hər zaman deyib və budəfəki seçkilərdə də uğurlu seçimini edərək Azərbaycanın tərəqqisinə, inkişafına, Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətli, qətiyyətli davamına səs verəcək. Düşünürəm ki, budəfəki seçkilər həm də ənənəvi müxalifət üçün sonuncu şansdır. Ancaq onlar bu şanslarını hələ seçkilərə start verilməmiş itiriblər. Ona görə də bu gün hakim partiyaya qarşı aşırı radikallıqla, dağıdıcılıq amilləri ilə müxaliflik edənlər yaxşı olardı ki, seçkilərdən sonra öz yerlərini normal düşüncəli, Vətənini, dövlətini sevən gənclərə verib, kənara çəkilsinlər. Çünki bundan sonra onların siyasətdə qalmalarına ümumiyyətlə, ehtiyac qalmır."
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB