ATGTİ-nin nümayəndələri beynəlxalq layihədə iştirak edəcəklər

ATGTİ-nin nümayəndələri beynəlxalq layihədə iştirak edəcəklər

Cari ilin 26 iyul - 4 avqust tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Belarus Respublikasının paytaxtı Minsk şəhərində beynəlxalq Youth Exchange "Youth Challanged" layihəsində iştirak edəcəklər. Layihədə Lüksemburq, Estoniya, Polşa, Belarus, Azərbaycan və Moldova ölkələri təmsil olunacaq. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, Azərbaycandan olan nümayəndə heyətinin tərkibinə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri daxildirlər.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar ətraf mühit məsələləri və iqlim dəyişikliyi, yoxsulluq və sosial təcrid, mədəniyyətlərarası dialoq, nəsillərarası həmrəylik, gender problemi və s. bu kimi seçilmiş qlobal məsələlər haqqında maarifləndiriləcək və müzakirələr aparacaqlar.

Məlumatda bildirilib ki, 31 iyul tarixində isə nümayəndə heyəti "Azərbaycan gecəsi" təşkil edəcək və gecədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti digər iştirakçı ölkələrə təqdim olunacaq.

Qeyd edək ki, layihənin yekununda iştirakçılara, Avropa Könüllülər Xidməti tərəfindən təsdiq olunmuş "Youthpass" srtifikatı veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə