Elman Nəsirli: “Ermənistandakı hakimiyyət vahimə içərisindədir”

Elman Nəsirli: “Ermənistandakı hakimiyyət vahimə içərisindədir”

Ermənistandakı qeyri - legitim siyasi rejim nə qədər ki mövcuddur, Ermənistanın heç bir perspektivi olmayacaq. Bunu SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli bildirib.

Onun sözlərinə görə, Ermənistanda bütün vəzifələr uğrunda sanki yenidən mübarizə başlayıb: "Onlar sanki dərk edirlər ki, bu siyasətin sonu yoxdur. Ona görə də bütün sərvətlərin talanması siyasətinə başlayıblar. Onlar təkcə eyni aksiyanı Ermənistanın özündə yox, işğal zonasında da həyata keçirirlər. Təsəvvür edin ki, Ermənistan hakimiyyəti dünyada ən çox qazanc gətirən narkotiklərin təkcə qeyri-qanuni dövriyyəsi deyil, orada narkotiklərin yetişdiriliməsi ilə də məşğuldur. Eyni zamanda indiki hakimiyyət bütün qazancını və vari-datın böyük bir hissəsini xaricdəki banklara ötürməklə məşğuldur. Ona görə də, bu gün Ermənistanda son dərəcədə gərgin vəziyyət formalaşmaqdadır. Ölkənin indiki ağır iqtisadi vəziyyətini ermənilər özləri də etiraf edirlər. İş o yerə çatıb ki, Ermənistan əhalisinin böyük bir qismini daha çox bu sual düşündürür - hansı ölkəyə çıxıb getməklə xoşbəxtlik əldə etmək olar?".

Elman Nəsirli bildirib ki, Ermənistanda oliqarxlar arasında gərginlik günü-gündən artmaqdadır: "Bunu artıq Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Tiqran Sarkisyan da etiraf edib. Bunlar bir daha onu göstərir ki, sözün əsl mənasında bütün proqnozlar özünü doğruldub. Sonuncu dəfə Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev bildirdi ki, Ermənistan günü-gündən zəifləyir, Azərbaycan günü-gündən güclənir. Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər. Bunu artıq Ermənistan hakimiyyəti getdikcə etiraf etməyə başlayıb. Nəticə isə ondan ibarətdir ki, əslində Ermənistandakı hakimiyyət vahimə içərisindədir. Hakimiyyətin daxilində parçalanma güclənib. Bu halda Ermənistan hökuməti daxili auditoriyanı sakitləşdirmək təmas xətlərində lokal hərbi insidentlər törədə bilər".

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə