Fazil Mustafa: “Azərbaycanda olan bu ənənə digər ölkələrdə mövcud deyil”
"140 ilə yaxın bir dövrdə Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib. Bu gün də Azərbaycan jurnalistikasının kifayət qədər ciddi uğurları var". Bunu SİA-ya millət vəkili Fazil Mustafa Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü ilə əlaqədar ölkə mətbuatının inkişafından danışarkən söyləyib.
Deputatın sözlərinə görə, mətbuat Azərbaycan cəmiyyətinin inkişafının bir güzgüsüdür: "Prezident İlham Əliyev tərəfindən jurnalistlərə yeni mənzillərin verilməsi çox ciddi addımdır. Azərbaycanda olan bu ənənə digər ölkələrdə mövcud deyil və bu heç başqa ölkələrlə müqayisə oluna da bilməz. Hesab edirəm ki, ölkə başçısı tərəfindən jurnalistlərə təqdim olunan bu mənzillər özlüyündə, ciddi ənənənin başlanğıcından xəbər verir. Bu mənada mən də bütün jurnalistləri əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, Azərbaycan cəmiyyətinin tələffüzündə mətbuatın rolu daha da yüksək səviyyədə hiss olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB