XİN sözçüsü: “Erməni diasporunun əlində alətə çevrilən qərəzli siyasətçilər var” AÇIQLAMA

XİN sözçüsü: “Erməni diasporunun əlində alətə çevrilən qərəzli siyasətçilər var” AÇIQLAMA

"Azərbaycanın işğal edilmiş ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər qanunsuz səfərlərdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında XİN sözçüsü Elman Abdullayev Avstraliyadan olan deputatların Azərbaycanın Dağlıq Qarabağ ərazisinə səfərinə münasibət bildirərkən söyləyib.

E.Abdullayev deyib ki, qərəzli siyasətçilər var və onlar erməni diasporunun əlində bir alətə çevriliblər: "Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və belə hərəkətlər bu ölkənin rəsmi mövqeyini əks etdirmir. Azərbaycanın Avstraliyadakı səfirliyinə bu ölkənin rəhbərliyinə rəsmi Bakının narazılığını çatdırmaq tapşırılıb. Ayrı-ayrı siyasətçilərin bu addımları erməni diasporunun maliyyə dəstəyinin doğrultmasına yönəlib və bu onların seçilmək istəklərindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə