Siyəzən Gənclər Mərkəzinin açılışı olub

Siyəzən Gənclər Mərkəzinin açılışı olub

Prezident İlham Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Layihənin smeta dəyəri 714,91 min manatdır.

Qeyd edildi ki, ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılıb. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanıb.

Bildirildi ki, Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompyuterlər sürətli internetə qoşulub. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başcısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə