Millət vəkilləri konqresmenlə görüşüblər

Millət vəkilləri konqresmenlə görüşüblər

Milli Məclisin deputatlarının ABŞ-a səfərləri davam edir. SİA-nın məlumatına görə, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlardan Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu nümayəndə heyəti iyulun 17-də Nyu York ştatını təmsil edən konqres üzvü Qriqori Miks (Gregory Meeks) ilə görüşüblər.

Görüşdə konqresmen Q. Miks Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandırıb, münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin önəmli olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə