Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun dördüncü gününün ikinci yarısında gənc siyasətçilər arasında intellektual və idman yarışları keçirilib. SİA-nın məlumatına görə, gənc fəallar arasında keçirilən üzgüçülük yarışmasında Nəsimi rayon YAP təşkilatının üzvü Təvəkkül Kərimli birinci yerə layiq görülüb.
Sonra Oğuz rayon gənclərindən ibarət komanda ilə YAP Gənclər Birliyinin "Yay məktəbi"ndə iştirak edən üzvləri arasında futbol yarışı üzrə yoldaşlıq görüşü keçirilib.
Günün sonunda isə gənc fəallar qruplara bölünərək Sumqayıt şəhər YAP təşkilatının üzvü Amal Əsgərovun rəhbərliyilə keçirilən "Seçki şüarı" müsabiqəsində iştirak ediblər. "Yay məktəbi" III Oğuz turunun iştirakçıları təlim gününü əylənərək başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB