Amil Cavadov: “ "Milli Şura"nın üzvləri məğlub olacaqlarını bilirlər” AÇIQLAMA
"Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti birmənalı olaraq prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Əgər biz dövlət başçısının son on illik fəaliyyətini analiz etsək görərik ki, Azərbaycanın bütün sahələrində, o cümlədən gənclər hərakatının inkişafında böyük uğurlar əldə edilib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov müxalifət nümayəndələrinin gənclərlə görüşmək istəmələrinə münasibət bildirərkən deyib.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri bildirib ki, prezident tərəfindən qəbul edilən proqramlar, imzalanan sərəncamlar bir daha onu göstərir ki, cəmiyyətin avanqard qüvvəsi olan gənclik hər zaman Azərbaycan dövlətinin və onun rəhbərinin diqqət mərkəzindədir: "Təbii ki, Azərbaycan gəncliyi də bu diqqət və qayğını yüksək dəyərləndirir və ölkə rəhbərinə öz ehtiramlarını dövlətimizə, dövlətçiliyimizə sədaqətlərini əldə etdikləri uğurları ilə nümayiş etdirirlər. Lakin çox təəssüf edirəm ki, ölkəmizin inkişafını gözü götürməyən və buna qısqanclıqla yanaşan, radikal müxalifətin təsiri altına düşmüş gənclərimiz də var. Düşünürəm ki, milli maraqlarımıza qarşı addımlar atan, erməniyə yaxın dostum deyib, Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına şübhə edən Rüstəm İbrahimbəyov kimilərinin ətrafında olmaq yanlış düşüncənin nəticəsidir. Mən həmin gəncləri doğru yola, uğurla getdiyimiz rifah, inkişaf yolunda bir olmağa dəvət edirəm. Bizim qələbələrimiz, birliyimizdən keçir. Çox maraqlıdır. Bugünkü müxalifət və onların ssenarilərini yazan Rüstəm İbrahimbəyov hansı üzlə gəncləri onları dəstəkləməyə, onlarla görüşməyə çağırır? Axı onlar gənclərlə görüşlərində nədən danışacaqlar, gənclərə hansı yolu göstərəcəklər? Yəni bunların elə bir əməlləri, elə bir işləri varmı ki, onu əllərində əsas tutub, ictimaiyyət qarşısına çıxsınlar?! Təbii ki, yoxdur. Onlar özləri də yaxşı bilirlər ki, getdikləri bu yolda onları yalnız məğlubiyyət gözləyir. Çünki, Azərbaycan xalqının böyük əksəriyyətinin seçimi indidən bəllidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB