“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları daim təmasda olmalıdırlar”

“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları daim təmasda olmalıdırlar”

"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları daim təmasda olmalıdırlar". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, icmalar arasında mütəmadi görüşlər keçirilsə, bu münaqişənin həllinə kömək edə bilər: "Əvvəllər Rusiyanın təşəbbüsü ilə iki dəfə belə görüşlər keçirildi .Təəssüf ki, Ermənistan tərəfi bu görüşlərə qadağa qoyub. İlk növbədə bizim üçün danışıqların mahiyyəti ondan ibarətdir ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından getməlidir. O zaman böyük sülhə nail ola bilərik. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Dağlıq Qarabağın məcburi köçkün vəziyyətində olan azərbaycanlı icması erməni tərəfi ilə təmasda olmalıdırlar. Onlar nə qədər çox görüşsələr, o qədər sülhə yaxın olarlar".

E.Məmmədyarov bildirib ki, ATƏT-in Mİnsk qrupu həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tam dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə