Elmar Məmmədyarov: “Erməni tərəfi görüşdən qaçmasa nazirlərin görüşü baş tuta bilər”
"ATƏT-in Minsk Qrupuna yeni amerikalı həmsədri gələn ay təyin olunacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.
E.Məmmədyarov bildirib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər: "Artıq ATƏT-in Minsk qrupu həmsədrləri ilə Vyanada keçirilən görüşdə bu məsələ müzakirə olunub. Eyni zamanda xarici işlər nazirlərinin görüşü də planlaşdırılır. Belə ki, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir. Görüşün məqsədi mövqelərimizi ATƏT-in Minsk qrupu üzvlərinə bir daha çatdırmaqdır. Qarşı tərəf bu görüşdən qaçmasa, çox güman ki, bu görüş baş tutacaq.
E.Məmədyarov vurğulayıb ki, BMT-nin Baş Assambleyası çərçivəsində də xarici işlər nazirlərinin görüşü gözlənilir: "Hələlik bu görüşün formatı müəyyənləşdirilməyib, amma görüşün keçirilməsinə dair razılıq var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB