Bəxtiyar Sadıqov: “Rüstəm İbrahimbəyovun əsas niyyəti jurnalistin ağzından vurmaqdır” AÇIQLAMA
"Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsi sual altında olan məsələdir". Bunu SİA-ya açıqlamasında "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
Millət vəkili hesab edir ki, siyasətçi ilk növbədə səriştəli olmalıdır: "İkincisi, əgər bu insan Azərbaycan dövlətinin prezidenti seçilmək istəyirsə, gərək ona qarşı xalqın dəstəyi olsun. Bunların heç biri isə Rüstəm İbrahimbəyovda yoxdur. Bununla belə həmin insan cəsarətli olmalıdır. Amma biz bu cəsarəti nədənsə onda görmürük. Rüstəm İbrahimbəyovun əsas niyyəti və məramı jurnalistin ağzından vurmaqdır. Bu mənada hesab edirəm ki, o nə prezident olacaq, nə də ki, jurnalistin ağzından vura biləcək. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Ölkə jurnalistləri cəsarətli və qətiyyətlidirlər. Bu jurnalistlər obyektiv, məsuliyyətli çıxışları ilə həmişə gəldi-gedər siyasətçilərdən üstün olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə