"Yay məktəbi" gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir FOTOLAR
"Yay məktəbi" gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbər gənclərinin fikrlərindən bu nəticəyə gəlmək olar. SİA YAP GB-nin bir sıra gənclərinin fikirlərini təqdim edir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Baş təlimatçısı, YAP-ın Şəki-Zaqatala üzrə kuratoru Emil Abbasov:
"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turu artıq yekunlaşıb. Layihə zamanı gənclərə seçki teknologiyaları, layihələrin hazırlanması və təqdim olunması, qanunvericilik və digər təlimlər keçirilib. Həmçinin tur zamanı gənclər müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirirlər. Yeni Azərbaycan Partiyası artıq yeddi ildən artıqdır ki, yay və qış məktəblərini uğurla həyata keçirir. Bu layihə Yeni Azərbaycan Partiyasının gənclərə yönələn siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Sevindirici haldır ki, gənclərin ildən-ilə yay və qış məktəblərindəki iştirak etmək əzmi artmaqdadır. Partiyamızın iki yüz mindən artıq olan gənclər ordusu var. Buna baxmayaraq, hər il partiyamızın sıralarına çoxlu sayda gənclər daxil olur. Bu da partiyamızın sıralarının dinamikasını artırır. Bütün bu şəraiti gənclərimizə yaratıdığına görə partiyamızın rəhbərliyinə minnətdarlığımızı bildiririk".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü, YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev:
İlk olaraq Yeni Azərbaycan Partiyası İcra Katibliyinə biz gənclərə bu şəraiti yartdığına görə minnətdarlığımı bildirirəm. Artıq neçə illərdir ki, YAP GB gənclər üçün "Yay məktəb"ləri təşkil edir. "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turununda Bakı şəhəri və regionlarımızdan olan 90-a yaxın fəal gəncimiz iştirak edib. Bu layihənin müsbət cəhətlərindən biri region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri gücləndirməkdir. Eyni zamanda bu layihə istedadlı gənclərin üzə çıxarılması baxımından da əhəmiyyətlidir. Hər zaman olduğu kimi, bu turda da gənclərimiz aktiv şəkildə iştirak etdilər. Onlar yeni-yeni layihələr həyata keçirdilər, təkliflərini irəli sürdülər. Ən əsası isə regionlarda turizmin inkişafı ilə əlaqədar gənclər öz fikir və ideyalarını ortaya qoymaq məqsədlərinə çata biliblər. Bu gün çox xoşbəxtəm ki, müstəqil Azərbaycanın dövlətinin dəyərlərini özümüzdə əks etdiririk. Dövlətin gəncliyə qayğısı ən yüksək səviyyədədir. Ölkə başçısı İlham Əliyevin imzaladığı qanunlar, proqramlar, layihələr bu gün uğurla həyata keçirilir. Hazırda Azərbaycan gəncliyi 2011-2015-ci illər üçün Dövlət Proqramının icrası davam edir. İnanıram ki, biz gənclərdə yaradılan şəraitdən istifadə edərək dövlətə və dövlətçiliyə xidmət edəcəyik. "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turununda iştirak edən hər bir gəncimizə uğurlar arzulayıram.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev:
Yeni Azərbaycan Partiyası Gənclər Birliyini təşkil etdiyi "Yay məktəbi" layihəsi partiyamızın və dövlətin gənclərə olan münasibətini, onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. "Yay məktəbi"lərində cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması üçün bir vasitədir. "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turununda gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərini bir-birləri ilə bölüşdülər. "Yay məktəblərində təşkil olunan seminarlarda iştirak edən hər bir gənc donor təşkilatlarla işləməyi, layihələr yazmağı öyrənir, həmçinin, seçki prosesilə bağlı mühüm məqamları mənimsəyir. Bütün bu şəraiti yaratdığına görə gənclərimiz adından partiyamızın rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Qeyd etmək istəyirəm ki, milli-mənəvi dəyərlərimizə, ənənələrə sadiq qalıb, ölkə rəhbərinin ətrafında sıx birləşməliyik ki, ölkə xaricindən dövlətimizə olan təhlükələrə sinə gərə bilək. Buna görə, gənclər həmişə aktiv olub, ictimai-sosial mühitdə bu kimi məsələlərdə sıx birlik, qətiyyət nümayiş etdirməlidirlər.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov:
Gənclər üçün belə möhtəşəm şərait yaratdıqlarına görə, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədova və digər rəhbər şəxslərə təşəkkürümü bildirirəm. Bu "Yay məktəb"ində iştirak edən Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər öz fəaliyyəti ilə seçilən gənclərdir ki, düşərgədə iştirak etmək şansı əldə ediblər. Həmin gənclərimiz də düşərgə boyu fəallıqlarının hansı səviyyədə olduğunu nümayiş etdirməyi bacarıblar. YAP gəncləri praktik bacarığa malikdirlər. Bütün layihələrdə öz bacarıqların nümayiş etdirirlər. İstər siyasi, istər intellektual, istərsə də fəallıq baxımından yüksək göstəriciyə malik olan gənclərdir. İstərdim ki, Azərbaycan gənclərinin tamamı belə intellektual səviyyədə olsunlar ki, Azərbaycan gəncini beynəlxalq arenada da yüksək səviyyədə nümayiş etdirə bilək. Yay məktəbində iştirak edən gənclərə uğurlar arzu edirəm və onların gələcək fəaliyyətlərini indidən bu partiyada bünövrələşdirilməsinə şərait yaradılmasından əlverişli şəkildə istifadə etmələrini tövsiyyə edirəm.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Taleh Məmmədov
"Yay məktəb"lərində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi onların mövcud potensiallarının daha da artırılmasına gətirib çıxarır. Bu təlim müddəti ərzində bir çox layihələr, təlimlər keçirildi. YAP GB tərəfindən düşərgəyə göndərilən gənclərimizin əksəriyyəti potensiallı və savadlıdır. İnanıram ki, partiyamız ətrafında birləşən gənclər gələcəkdə çox böyük uğurlara imza atacaqlar. Bütün bunlar Prezident İlham Əliyevin gənclərə göstərdiyi ehtimaddan irəli gəlir. Nə qədər ki, Ulu Öndər Heydər Əliyev ideologiyası ilə silahlanmış xalqımız var, Azərbaycan hər zaman var olacaq. Bu gün siyasət meydanında səhv addım atmaq millətin zərbə altına düşməsinə gətrib çıxara bilər. Bunu yaxşı dərk edən xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elmmədin Əmirov
YAP-ın həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" layihəsidir. Layihə özündə gəncliyi ifadə edən bütün istiqamətləri əhatə edir. Burada gənclərin səmərəli itirahəti, asudə vaxtlarında müxtəlif oyunlar vasitəsi ilə bilik və bacarıqlarının artırılması və onların qarşılıqlı ünsiyyəti ümumilikdə layihənin hansı yüksək əhəmiyyətə malik olduğunu ifadə edir. "Yay məktəb"ində iştirak etməklə mən də yeni dostlar əldə etdim. İnanıram ki, layihədə iştirak edən bütün gənclər yuxarıda qeyd etdiyim keyfiyyətlərdən maksimum dərəcədə faydalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB