Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb: "Tarixdə Heydər Əliyev kimi şəxsiyyət az-az yetişir. Müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizi qurmaqla həm də milli-mənəvi dəyərlərimizi xalqımıza qaytarıb. Ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin irsi böyük xəzinədir, bugünkü və gələcək nəsillər bu zəngin irsi dərindən öyrənməlidirlər".
Daha sonra gənclər "Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi" mövzusunda diskusiya aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB