Əli Həsənov: "Nicad Dağların müalicəsi dövlətin hesabına həyata keçiriləcək"
"Cənab Prezident ötən gün mətbuatdan jurnalist Nicad Dağların müalicə məsələləri ilə bağlı səslənən təklifləri, fikirləri eşidən kimi, dərhal tapşırıq verib. Bu məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb və lazımi tapşırıqlar verilib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
PA rəsmisi qeyd edib ki, cənab Prezidentin təşəbbüsü sayəsində Nicad Dağların müalicəsi ilə bağlı bütün məsələlər dövlətin hesabına həyata keçiriləcək.
Qeyd edək ki, jurnalist Nicat Dağlar leykoz xəstəliyindən əziyyət çəkir.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB