Xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək

Xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək

İyulun 22-də Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək. SİA-nın məlumatına görə, iclasda xarici işlər nazirlərinin rəhbərləri və Avropa Birliyinin rəsmiləri AB ilə iştirakçı dövlətlər arasında əməkdaşlıq məsələlərini, noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq prosesini müzakirə edəcəklər.

Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin təmsil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə