Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirir. ATGT-dən SİA-ya verilən məlumata görə, avropalı gənc siyasətçilər AR Prezidenti yanında Azərbaycan Gənclər Fonduna ziyarət ediblər. Məktəb çərçivəsində AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərmin Əliyeva ilə Fondun məqsədi, strukturu və prioritetləri barədə görüş keçirilib. Fondun əməkdaşları yeni elanı və Gənclər Fondunun ölkənin gənclər siyasətində oynadığı mühüm roldan danışıblar.
Avropalı gənc siyasətçilər Fondun məsul əməkdaşlarına elanla bağlı suallar ünvanlandırıblar. Bildiriblər ki, belə bir fond ölkənin gəncliyi üçün məhsuldar töhfədir. Daha sonra qonaqlar Fondun iş mexanizmi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB