Bahar Muradova: “Rüstəm İbrahimbəyov siyasətdə çox gənc, naşı bir insandır” AÇIQLAMA

Bahar Muradova: “Rüstəm İbrahimbəyov siyasətdə çox gənc, naşı bir insandır” AÇIQLAMA

"Təbii ki, bu bir yarışdır. Bu yarışda yalnız siyasi rəqabətə davamlılar duruş gətirib, sonda qalib gələ bilərlər. Son sözü isə Azərbaycan xalqı, vətəndaşları deyəcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın Rüstəm İbrahimbəyovun vahid namizəd kimi prezident olmaq xülyasına münasibət bildirərkən deyib.

Milli Məclisin Sədr müavini deyib ki, bu insan ola bilər ki, yaxşı kinorejissordur və müəyyən yaradıcı şəxs kimi özünəməxsus imkanlara malikdir. Amma siyasətçi kimi bu, heç də belə deyil. Rüstəm İbrahimbəyov siyasətdə çox gənc, naşı bir insandır. Bu kimi insanların da istər Azərbaycanda, istərsə də digər ölkələrdə nəyə qadir olduqlarını baş verən hadisələr, şahidi olduğumuz faktlar sübut edir".

Bahar Muradova sözlərinə əlavə edib ki, Azərbaycan demokratik ölkədir. Burada peşəsindən, irqindən, dini, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkə qanunlarına uyğun şəkildə hər kəs öz iddiasını ortaya qoya, namizədliyini irəli sürə bilər. Eləcə də bir başqasının namizədliyini dəstəkləyə və öz münasibətini ifadə edə bilər. Bizim də nail olmaq istədiyimiz, məhz budur".

Bütün xəbərlər Facebook səhifəmizdə