"Bütün beynəlxalq təşkilatlar Aureliya Qriqoriunun təhlükəsiz şəkildə Ermənistandan çıxarılması üçün hərəkətə keçməlidirlər". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Moldovanın parlament vəkili Aureliya Moldovanın parlament vəkili Aureliya Qriqoriunun Ermənistanda qarşılaşdığı təzyiq və təhdidlərlə bağlı bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda deyilir:
"BAXCP bəyan edir ki, moldovalı ombudsmanın Ermənistan parlamentindəki çıxışına görə ölümlə hədələnməsi, yaşadığı oteldən vaxtından tez çıxarılmasına cəhd göstərilməsi və təhlükəsizliyinə təminat verilməməsi nəinki beynəlxalq hüquq normalarına, ən adi insani dəyərlərə belə sığmayan davranışlardır. BAXCP bütün beynəlxalq təşkilatları Aureliya Qriqoriunun təhlükəsiz şəkildə Ermənistandan çıxarılması üçün hərəkətə keçməyə çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB