Xorvatiya parlamentinin spikeri Azərbaycana gəlib

Xorvatiya parlamentinin spikeri Azərbaycana gəlib

Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb. Tərəflər arasında qısa protokol söhbəti olub. Sabah İ.Leko Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra azərbaycanlı həmkarı Oqtay Əsədov və digər dövlət rəsmiləri ilə görüşəcək. Onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə