“Azadlıq” qəzeti ictimai rəyi çaşdırmağa cəhd göstərir”

Sədaqət Vəliyeva: “Azadlıq” qəzeti YAP-ın rayon təşkilatları haqqında reallığı əks etdirməyən informasiyalar dərc etməklə, Milli Şuranın əhəmiyyətsiz, zəif dərnək olması haqqında olan ictimai düşüncəyə təsir etmək istəyir"
“Azadlıq” qəzeti ictimai rəyi çaşdırmağa cəhd göstərir”

"Azadlıq" qəzeti hər zaman olduğu kimi, bu dəfə də qeyri-obyektiv, yalan və əsası olmayan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmağa cəhd göstərir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.

Sədaqət Vəliyevanın sözlərinə görə, "Azadlıq" qəzeti YAP-ın rayon təşkilatları haqqında reallığı əks etdirməyən informasiyalar dərc etməklə, Milli Şuranın əhəmiyyətsiz, zəif dərnək olması haqqında olan ictimai düşüncəyə təsir etmək istəyir: "İlk olaraq, deyim ki, qəzetin müxbiri ümumiyyətlə, YAP Nizami rayon təşkilatında olmayıb. Digər tərəfən, təşkilatın aparatının bütün əməkdaşları həftənin 5 günü saat 9:00-dan 18:00-dək işdə olurlar. Hazırda bütün rayon təşkilatları kimi, YAP Nizami rayon təşkilatı da partiyanın Mərkəzi Aparatının tapşırıqları əsasında seçkilərə hazırlıq işlərini sistemli şəkildə həyata keçirir. Hələ seçkilərə rəsmən start verilmədiyindən, kütləvi hazırlıq işlərinin texniki tərəfləri reallaşdırılır. Görünür "Azadlıq" qəzetində çalışanlar "Seçki Məcəlləsi"ndən bixəbərdirlər. Bu mənada hesab edirəm ki, qəzetin yaydığı informasiyanın əsası yoxdur, böhtandır".

Sədaqət Vəliyeva xüsusi olaraq, vurğulayıb ki, bu gün radikal müxalifətin nəzarətində olan qəzetlər Milli Şura adlı bir qurumun "mövcudluğunu isbatlamağa" çalışırlar: "Amma Dağlıq Qarabağı ermənilərə güzəştə getməyə hazır olanların birləşdiyi Milli Şura cəmiyyət tərəfindən qəbul edilməyəcək. Ona görə də, əminliklə deyə bilərəm ki, Milli Şuradan dəfələrlə güclü olan YAP-ın ayrı-ayrı rayon təşkilatları haqqında yalan informasiyaların yayılması onları iflasdan xilas etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə