YAP GB sədri: “Bu layihələrin təşkili ilə çox böyük təcrübə qazanılıb” MÜNASİBƏT

YAP GB sədri: “Bu layihələrin təşkili ilə çox böyük təcrübə qazanılıb” MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi mütəmadi olaraq silsilə tədbirlərini həyata keçirməkdədir. Bunlardan biri də hər il təşkil olunan gənclərin "Yay məktəbi" layihəsidir. Artıq bu layihələrin təşkili ilə çox böyük təcrübə qazanılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin "Yay məktəbi" layihəsinin əhəmiyyətindən danışarkən deyib.

Seymur Orucovun sözlərinə görə, "Yay məktəb"lərinin təşkili öz müsbət nəticələrini verməkdədir: "Burada bizim ən çox əldə etdiyimiz nailiyyət gənclərin intellektual potensialının aşkara çıxarılmasıdır. Həmin layihə çərçivəsində region və paytaxt gəncləri arasında yaxşı münasibətlər yaranır. Onlar sosial şəbəkələr vasitəsilə dostluq əlaqələri qurur, yaxşı, pis günlərində belə bir-birilərinə dəstək olurlar. Həmin gənclər Yeni Azərbaycan Partiyasının hər hansı bir qərarı, açıqlamaları olduqda, partiyaya böyük dəstək nümayiş etdirirlər. Bu isə öz növbəsində bizim əldə etdiyimiz uğurlu nəticənin göstəricisidir".

"Yay məktəb"lərinin əhəmiyyətinə gəlincə, S.Orucov qeyd edib ki, burada olan gənclər həyata keçirə bilmədikləri bir sıra arzularını məhz bu layihə vasitəsilə reallaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə