Seymur Orucov: “Rüstəm İbrahimbəyov maşa kimi istifadə edilir” AÇIQLAMA

Seymur Orucov: “Rüstəm İbrahimbəyov maşa kimi istifadə edilir” AÇIQLAMA

"Azərbaycan əhalisinin 95 faizi heç Rüstəm İbrahimbəyovu tanımır. Hətta belə misal vardır ki, "qırxında öyrənən, gorunda çalar". O, heç bir zaman siyasət məktəbinin məzunu olmayıb. Rüstəm İbrahimbəyov yalnız mədəniyyət və incəsənətlə məşğul olub. İndi də bu insan gəlib, hansısa qruplaşmaların maşasına çevrilib. Təbii ki, bunların hamısı sonda ifalasa uğrayacaq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov "Milli Şura" daxilində Rüstəm İbrahimbəyovun özünü siyasətçi yoxsa kinorejissor kimi aparmasına münasibət bildirərkən deyib.

YAP GB sədri vahid namizəd kimi müxalifətin Rüstəm İbrahimbəyovu dəstəkləməsini onların qeyr-ciddiliyi, səriştəsizliyi, uğursuzluğu hesab edir: "Rüstəm İbrahimbəyov vaxtı keçmiş kinorejissordur. Bu insan siyasi arenada heç bir zaman uğur qazanmayacaq. O dövrün tələbinə uyğun yaxşı işlər görüb, kinolar çəkib. Amma o, bu vaxta qədər idarəçilikdə olmayıb, hər hansı məsələnin həllində iştirak etməyib. Bu cür şəxs indi gəlib ölkə prezidenti olmaq istəyir. Heç Azərbaycanda da yaşamır. Bundan başqa ermənipərəst mövqeyini nümayiş etdirir. Həm də Rüstəm İbrahimbəyovun Azərbaycan regionlarından da xəbəri yoxdur. Bir siyasi təşkilat kinorejissorun prezidentliyə namizədliyini elan edirsə, bu, indidən məğlubiyyətlə barışmaq deməkdir. Onlar məhvə məhkum olmuş insanlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə