İlham Əliyev YAP Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib

İlham Əliyev YAP Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir. Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı var. Foyedə Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılıb.

Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə