DİN əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan Prezidenti bu haqda sərəncam imzalayıb
DİN əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. SİA sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası daxili işlər orqanlarında rabitə və səhiyyə sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:

"Əməkdar Mühəndis" fəxri adı:

Aslanov Dilqəm Mikayıl oğlu - polis general-mayoru

"Əməkdar Həkim" fəxri adı:

Həsənov Həsən Gülağa oğlu - tibb xidməti polkovnik-leytenantı".

Bütün xəbərlər Facebook səhifəmizdə