Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə parlamentinin yuxarı palatası – Kantonlar Şurasının sədri Filippo Lombardi ilə görüşüb. SİA-nın məlumatına görə, F. Lombardi görüş zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, ikitərəfli iqtisadi münasibətlərin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin təşkilinin müzakirə olunduğunu bildirib.
F. Lombardi qeyd edib ki, "Şahdəniz" konsorsiumu tərəfindən təbii qazın nəqli üçün TAP layihəsinin seçilməsi, ARDNŞ-ın İsveçrə bazarına yatırımları İsveçrə üçün vacibdir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. F. Lombardinin sözlərinə görə, İsveçrə neytral ölkə olsa da, 2014-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində münaqişələrin həllindəki təcrübəsini bölüşməyə və problemin həlli üçünü bütün mümkün addımları atmağa hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB