Aydın Mirzəzadə: "Təşkilat tanınmamaq boşluğunu siyasi fəaliyyətə qoşulmaqla doldurmağa çalışır"
"Geniş təsir dairəsinə malik olmayan bu qurum Rusiyanın ictimai siyasi həyatında və Rusiyada yaşayan azərbaycanlılar arasında böyük nüfuza malik deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə "Azer-Ros"un Rusiyada keçirilən iclasına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Rusiyada ən nüfuzlu diaspor təşkilatı Ümumrusiya Azərbaycan Konqresidir: "Bu təşkilat Konqres yaranana qədər fəaliyyət göstərmiş bir çox qurum və təşkilatları özündə birləşdirir. "Azer-Ros" təşkilatı vahid Ümumrusiya Azərbaycan Konqresinə daxil olmaqdan imtina edib və kiçik bir diaspor təşkilatı kimi indiyə qədər fəaliyyət göstərir. Son 1-2 ildə bu təşkilat tanınmamaq boşluğunu siyasi fəaliyyətə qoşulmaqla doldurmağa çalışır. Qurumun keçmiş sədri vaxtaşırı siyasətlə bağlı bəyanatlar verməyə çağırılır. Bu isə təşkilatda böyük narazılığa səbəb olur. Qurumun bir neçə ərazi təşkilatının son iclasa qatılmaması və onun qurultaydan sonrakı dövrdə göstərdiyi fəaliyyətlə bağlı məqamlar bu kiçik qrupda birləşən azərbaycanlıların təşkilatın yeritdiyi siyasətlə razı olmadığını nümayiş etdirir. Bu isə sözsüz ki, "Azer-Ros" rəhbərlərini düşünməyə məcbur etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB