“Rüstəm İbrahimbəyov qəsdən “Azer-Ros"un iclasına buraxılmayıb" AÇIQLAMA

“Rüstəm İbrahimbəyov qəsdən “Azer-Ros"un iclasına buraxılmayıb" AÇIQLAMA

"Rüstəm İbrahimbəyovun "Azer-Ros"un iclasına buraxılmaması onu göstərir ki, Milli Şurada toplaşanlar bundan sonrakı təbliğatlarında bu faktordan istifdə edə bilməyəcəklər". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun "Azer-Ros"un iclasına getməməsini Milli Şuraya sədrlik etməsi və müxalifətin prezident seçkisində vahid namizədi olmağa razılıq verməsi ilə bağlamasının heç bir əsası yoxdur: " "Azer-Ros"a rəhbərlik edən Abbas Abbasov dəfələrlə açıqlamalarında bildirib ki, 2013-cü il prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini müdafiə edəcək. Eyni zamanda "Millyarderlər İttifaqının əksər üzvləri də bu cür bəyanatlar veriblər. Belə görünür ki, bu adamlar Rüstəm İbrahimbəyovu qəsdən öz iclaslarına yaxın buraxmırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə