Prezident İlham Əliyev “Cənub” İstilik Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Cənub” İstilik Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şirvan şəhərinə səfər edib.SİA-nın məlumatına görə, ölkə başçısı Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində yerləşən parkdakı abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident daha sonra "Cənub" İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Qeyd edək ki, ölkə başçısının səfər çərçivəsində daha bir neçə obyektin, o cümlədən Şirvan Olimpiya Kompleksinin, Bayraq meydanının və su xəttinin açılışında iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə