Dağlıq Qarabağ problemi müharibə yolu ilə deyil, sülh yolu ilə həllini tapmalıdır. Bu barədə Amerika Mərkəzində BMT-nin Baş katibinin xüsusi nümayəndəsi və Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal azərbaycanlı tələbələrlə görüşdə deyib.
Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hələ də Ermənistan tərəfindən icra olunmamasına münasibət bildirərkən, Dossal qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi dünya ictimaiyyəti üçün əsas prioritet deyil: "Hazırda dünya ictimaiyyəti bütün diqqətini Suriya probleminə yönəldib. Suriyada hər gün çoxlu sayda insanlar həyatını itirir".
Amir Dossal daha sonra BMT-nin yaranma tarixi, qurumları barədə məlumat verib. O, xatırladıb ki, Azərbaycan iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. O, Azərbaycanın TŞ-də uğurlu fəaliyyətindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB