Millət vəkili: “Milli Şura”da olanlar canavar kimi üz-üzə dayanıblar” MÜNASİBƏT

Millət vəkili: “Milli Şura”da olanlar canavar kimi üz-üzə dayanıblar” MÜNASİBƏT

"Azərbaycanda problemli məhbusların məsələsinin müzakirə olunması ilə bağlı işçi qrupu yaradılıb ki, o zaman da burada Prezident Administrasiyasının vəzifəli şəxsləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin nümayəndələri və qeyri-hökümət təşkilatları (QHT), hüquq müdafiəçiləri iştirak edirdilər". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə müxalifətin siyasi məhbus, vicdan azadlığı ilə bağlı məsələləri qabartmasına münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, ümumiyyətlə, bu kriteriya Avropa üçün müəyyən olunmayıb: "Biz o zaman siyasi məhbus anlayışını kənara atdıq. Hələ heç konkret bilinmir ki, hansı hallarda siyasi məhbus ola bilər. Nə qədər ki, Avropa məkanı hamı üçün eyni qaydada müəyyən olunmayıb, hesab edirəm ki, bir ölkədə bunu adlandırmaq düzgün olmazdı".

"Milli Şura"nın fəaliyyətinə gəldikdə isə, Çingiz Qənizadə sözlərinə əlavə edib ki, "Milli Şura"da olan insanlar o qədər bir-birləri ilə dalaşıb-barışıblar ki, indi də həmin insanlar canavar kimi üz-üzə dayanıblar və kimin birinci səhv addım atacağını gözləyirlər: "Mən onların fəaliyyəti ilə heç bir zaman maraqlanmıram. Belə olan halda isə nə əməkdaşlıqdan, nə də ki uğurdan söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə