Gülsel Səfərova: “Bu, Cənubi Qafqazda bir ilkdir” EKSKLÜZİV-AÇIQLAMA

Gülsel Səfərova: “Bu, Cənubi Qafqazda bir ilkdir” EKSKLÜZİV-AÇIQLAMA

"Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə Bakıda ilk dəfə olaraq beynəlxalq gənc siyasətçilər məktəbi təşkil ediləcək". AGAT-ın sədri Gülsel Səfərovanın SİA-ya eksklüziv verdiyi məlumata görə, məktəb çərçivəsində bir çox Avropa ölkələrinin gənc fəalları Azərbaycana gələrək görüşlərdə iştirak edəcəklər.

Gülsel Səfərova deyib ki, burada əsas məqsəd Avropa və Azərbaycan gəncləri arasında əlaqələri gücləndirmək və Azərbaycanla bağlı həqiqətləri gənc fəallara çatdırmaqdan ibarətdir: "Onlar Azərbaycanın bugünkü vəziyyəti haqqında məlumatları öz ölkələrinin ictimaiyyətinə çatdıracaqlar. Biz məktəb çərçivəsində baş tutacaq bu tədbirə Yeni Azərbaycan Partiyasının nümayəndələri (YAP) ilə görüşləri və münaqişələr haqqında sessiyaları da daxil etmişik. Sessiya ekspertlərinin hamısı azərbaycanlılardır. Onlar həm siyasi biliklər, həm də Azərbaycan reallıqları haqqında məlumatlar əldə edəcəklər. Beynəlxalq gənc siyasətçilər məktəbi Cənubi Qafqazda ilk dəfə təşkil olunur. Növbəti illərdə biz bu məktəbin dayanıqlığını təmin etmək üçün gənc siyasətçilər şəbəkəsini təsis etməyi planlaşdırırıq. Bununla da hər il daha geniş formatda keçiriləcək şəbəkə görüşlərinin Azərbaycanda keçirilməsini təşkil edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə