Əli Əhmədov: “Xalq prezident İlham Əliyevi böyük inamla dəstəkləyir” FOTOSESSIYA

"Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti gələcəyə hesablanmış ümidlərinin reallaşması üçün prezident İlham Əliyevin namizədliyini dəstəkləyir"
Əli Əhmədov: “Xalq prezident İlham Əliyevi böyük inamla dəstəkləyir” FOTOSESSIYA

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədovun sədrliyi ilə YAP Nərimanov rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşüb keçirilib. SİA-nın məlumatına görə, YAP-ın Sədr müavini Əli Əhmədov ötən 10 ildə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlardan söhbət açıb.

Diqqətə çatdırılıb ki, bugünkü görüşün məqsədi seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsinə töhvə verməkdən ibarətdir: "Aparılan müşahidələr göstərir ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir. Bunun böyük əsasları var. Çünki son 10 ildə Prezident İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi xeyli geclənib. Eyni zamanda Azərbaycan əhalisinin rifahı yüksəlib. Bu dəyişikliklər hər birimizin gözünün önündə baş verib. İndi Azırbaycan vətəndaşları yeni həyat standartları çərçivəsində yaşayırlar".

Əli Əhmədov qeyd edib ki, vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi isə yaxşı yaşamaq haqqında düşünürlər: "Deməli, insanların həyatında müsbət dəyişikliklər baş verir ki, onlar daha yaxşı yaşamaq haqqında düşünürlər. Bugünkü hökumət insanların yaxşı yaşaması, layiqli həyatı üçün bütün zəminləri yaradıb. Bu, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir".

YAP icra katibi onu bildirib ki, sakitlik, əminamanlıq və dinclik də ən vacib elementlərdəndir: "Bütün bunlar olmasaydı, heç nə insan üçün əhəmiyyət kəsb etməzdi. Ölkəmizdə hər birimizin həyatı üçün təmin olunan sabitlik və əminamanlıq bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Bütün bunların hamısının bir mənası var. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti gələcəyə hesablanmış ümidlərinin reallaşması üçün prezident İlham Əliyevin namizədliyini böyük inamla dəstəkləyir. Xalqımız növbəti beş il ərzində də Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında inkişaf edəcəyinə inanır".

Daha sonra görüş medianın iştirakı olmadan davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə