YAP-ın Sədr müavini: “Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir” AÇIQLAMA

YAP-ın Sədr müavini: “Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir” AÇIQLAMA

"Hesab edirik ki, bütün Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov Siyəzən rayonunda partiyanın fəalları ilə keçirilən görüşü zamanı bildirib.

YAP-ın Sədr müavini deyib ki, YAP-ın 600 mindən artıq insanları seçki kampaniyasının fəal şəkildə keçirilməsində yaxından iştirak niyyətindədir: "YAP qarşıdan gələn prezident seçkiləri çərçivəsində hakim partiyanın yerli strukturlarının fəalları ilə görüşlər təşkil edir. Sistem şəklini alan bu görüşlərdə YAP-ın prezident seçkilərilə əlaqədar kampaniyasının proqramının reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Məlumdur ki, hakim partiya 2013-cü ilin seçkilərində prezidentliyə namizəd olaraq, YAP-ın sədri İlham Əliyevi irəliyə sürüb".

Bütün xəbərlər Facebook səhifəmizdə