Hans-Joachim Spanger: Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir
"Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı vardır. Dünya ictimaiyyəti müharibənin yenidən başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir". Bunu Almaniyanın Sülh Araşdırmaları İnstitutunun departament rəhbəri Hans-Joachim Spanger deyib.
Beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəklədiyini bildirən almaniyalı tədqiqatçı qeyd edib ki, erməni diasporu və lobbisinin münaqişənin həlli prosesinə maneələr yaratmasına baxmayaraq, son vaxtlar Azərbaycan tərəfinin uğurlu diplomatik gedişləri ona bir sıra üstünlüklər qazandırıb: "Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı olduğunu və sülh prosesində konstruktiv mövqe tutduğunu dərk etməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB