"Azərbaycan tərəfi dəfələrlə münaqişənin yenilənmiş Madrid prinsipləri və yol xəritəsi əsasında həllinin tərəfdarı olduğunu bəyan edib. Anmma Ermənistan tərəfi hər dəfə Azərbaycan və həmsədr ölkələrin təkliflərini rədd edib. Bu səbəbdən də yüksək səviyyəli görüşlərdə irəliləyişlər əldə olunmayıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın əksinə, həmsədrlərin ilk gündən təklif etdiyi yenilənmiş Madrid prinsiplərini nəzərdən keçirib və baza sənədi kimi qəbul etdiyini vurğulayıb: "Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin bütün fəaliyyətinə baxmayaraq, münaqişə hələ öz həllini tapmayıb. Bu məsələdə Azərbaycan ictimaiyyəti vasitəçilik fəaliyyətindən narahatdır. Buna görə də Minsk qrupu həmsədrləri Ermənistana təzyiqlərini artırmalıdırlar ki, münaqişə öz həllini tapsın.
XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, regionda müharibə şəraiti davam edir: "Münaqişənin həllinin uzanmasında ən çox Azərbaycan xalqı əziyyət çəkir. İşğal faktoru nəticəsində torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB