Asəf Hacıyev: “Bu məsələlərə şərh verməyə ehtiyac yoxdur” MÜNASİBƏT

Asəf Hacıyev: “Bu məsələlərə şərh verməyə ehtiyac yoxdur” MÜNASİBƏT

"Dövlət başçısı İlham Əliyev bu ilin oktyabrında keçiriləcək seçkilərdə yenidən prezident olacaq. Buna heç kimin şübhəsi olmamalıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.

Parlament üzvünün sözlərinə görə, müxalifətin hələ də vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilməməsi müxtəlif fikrə qulluq etmələrilə bağlıdır: "Məhz buna görə də müxtəlif şuralar, toplantılar, vahid namizədlik məsələsi və s. bunların hamısı çox mənasızdır. Həmin məsələlərə şərh verməyə ehtiyac yoxdur. Bu bir daha onu göstərir ki, müxalifət artıq çox ağır vəziyyətdədir. İnanırıq ki, ölkə rəhbəri İlham Əliyev böyük səs çoxluğu ilə yenidən Azərbaycan respublikasının prezidenti seçiləcək. Təbii ki, bunu da hər kəs görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə