"15 İyun "Milli Qurtuluş Günü" Azərbaycan tarixinin ən əlamətdar, ən şərəfli günlərindən biridir və ölkə vətəndaşlarının ən əziz bayramlarından biri sayılıdır". Bunu SİA-ya millət vəkili Musa Quliyev sabah ölkəmizdə qeyd olunacaq "15 İyun "Milli Qurtuluş Günü"nün tarixi əhəmiyyətindən danışarkən deyib.
M.Quliyevin sözlərinə görə, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini de-yure elan etsə də, amma faktiki olaraq müstəqil dövlət qurulmamışdı: "1993-cü ilin iyun ayının əvvəllərində isə Azərbaycan böyük hərc-mərclik, vətəndaş müharibəsi ilə üzləşdi. Bir sözlə, ölkəmiz öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bu ağır məqamda Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldi və özünün əzmkar fəaliyyəti, uzaqgörən siyasəti, böyük ağlı, siyasi təcrübəsi və cəsarəti ilə Azərbaycan xalqının dəstəyini qazanaraq, dövlətimizi bu ağır fəlakətdən xilas etdi. Bununla dahi şəxsiyyətin səyi sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı və Azərbaycan parçalanmaq təhlükəsindən xilas olundu. Beləcə, Azərbaycan dövlətçiliyinin əsası qoyuldu".
Millət hesab edir ki, əgər 1991-ci ildən etibarən müstəqilliyimiz de-yure elan edilmişdisə, 1993-cü ilin 15 iyunundan etibarən Azərbaycanın əsl müstəqilliyinin tarixi başlandı: "Bununla da iqtisadi tənəzzül dayandı, sosial intibah başladı və ən nəhayət xarici dövlətlərlə bağlanan beynəlxalq müqavilələr, ölkəmizin yeni həyatının mərhələsinə yol açdı. Bir sözlə, Azərbaycanda bütün sahələrdə islahatlar getdi, bazar iqtisadiyyatı təmin olundu və ölkəmiz çox böyük sürətlə irəliləməyə başladı. 2003-cü ildən etibarən isə həmin bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. Ölkəmiz BMT-nin TŞ-na üzv seçildi, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi, eləcə də idman, mədəniyyət, iqtisadiyyat, beynəlxalq hüquq sahəsində böyük uğurlar qazandı və ən nəhayət bu il Azərbaycan 11 kosmik dövlətdən birinə çevrildi. Məhz Azərbaycanın əldə etdiyi uğurlar və uzun illər əldə edəcəyi uğurlar 15 iyuna və Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB