Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi və Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi Azərbaycanda kitab təbliğini aparmaq, bilik mənbəyi olan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə "Açıq rəf" layihəsini həyata keçirib. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır. Rəfin prinsipinə görə, oxucular buradan əldə etdikləri kitabı ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidirlər.
"Açıq rəf"in açılış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qrumunun sədri Aydın Xan Əbilov, Gənc alim, aspirant və magistrlər cəmiyyətinin sədri İlqar Orucov, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov deyib ki, "Açıq rəf"in İçərişəhərin Arxeologiya bağında yerləşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, "Əli və Nino" kitab mağazaları şəbəkəsi böyük dəstək nümayiş etdirib: "Yaxın zamanlarda isə paytaxtın digər yerlərdində də bu kimi rəflər quraşdırılacaq. Bizim nəinki gənclər, hətta yaşlılar belə, bu fürsətdən istifadə edərək burada ölkə və dünya ədəbiyyatı ilə yaxından tanış ola bilərlər. Bu gün gənclər arasında kitaba, oxuculuğa, ədəbiyyatımıza, tariximizə marağın artırılması, önəm verilməsi üçün bu kimi layihələrin həyata keçirilməsi xüsusilə təqdirəlayiq haldır. İlk "Açıq rəf"in İçərişəhərdə həyata keçirilməsi heç də təsadüf deyil. Biz buranın tarixi əhəmiyyətə malik olduğunu nəzərə alaraq,bu addımı atdıq".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB