Azərbaycan qadınları seçkilərdə prezident İlham Əliyevi dəstəkləyək

Azərbaycan qadınları seçkilərdə prezident İlham Əliyevi dəstəkləyək

"Azərbaycan qadınları prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləyəcək". SİA-nın veriyi xəbərə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, buna səbəb Azərbaycanın bütün bölgələrindən qadınların ünvanladığı çoxsaylı müraciətlərdir: "Qarşıdan gələn prezident seçkilərində əsas vəzifələrimizdən biri də seçki hüququna malik olan qadınlarımızın fəal iştirakına nail olmaq və onların düzgün seçim etmələrini təmin etməkdir. Yeni Azərbaycan Partiyasının V Qurultayının əsas şüarı "Güclü lider - Güclü Azərbaycan" olub. Biz qadınlar müasir, dünyəvi, güclü, daim inkişaf edən, heç bir ailənin və ya vətəndaşın müraciətini diqqətdən kənarda saxlamayan bir dövlətdə yaşamaq istəyirik.

Belə dövləti isə yalnız güclü şəxsiyyət, yüksək iradəyə malik şəxs idarə edə bilər. Azərbaycan xalqının belə keyfiyyətlərə malik güclü lideri var. Biz Azərbaycan qadınları "İnkişaf naminə birlik" devizi altında seçkilərdə möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə