Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub
İyunun 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən razılıqlarını bildirib və bu istiqamətdə əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov türkiyəli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB