Mərakeş Krallığının islam işləri və vəqflər naziri Bakıdadır

Mərakeş Krallığının islam işləri və vəqflər naziri Bakıdadır

Prezidenti İlham Əliyev Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul edib. SİA-nın məlumatına görə, dövlə başçısı Azərbaycanla Mərakeş arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən prezident İ. Əliyev ölkələrin beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermələrinin önəmini qeyd edib.

Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlət başçısı Ə. Toufiqin səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.

Görüşdə ölkələr arasında əlaqələrin iqtisadi, turizm, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə