Zlatko Laqumçiya Azərbaycana gəlib

Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər nazirini qəbul edib

Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident Z.Laqumçiyanın səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Z. Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələr arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə