Jalə Əliyeva: “Azərbaycan xalqının əleyhinə çıxmaq olmaz” AÇIQLAMA

Jalə Əliyeva: “Azərbaycan xalqının əleyhinə çıxmaq olmaz” AÇIQLAMA

"Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi və ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayında bu namizədliyinin rəsmi olaraq təsdiqlənməsi, gözlənilən və alqışlanan addım idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün sahələrdə getdikcə inkişaf etməsi, birmənalı olaraq ölkə xalqının düşüncəsində prezident İlham Əliyevə alternativsizlik imkanı yaradıb: "Biz inanırıq ki, bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri xalqın arzu və istəyi əsasında reallaşacaq. Azərbaycan xalqının əleyhinə çıxmaq mümkün deyil. Dırnaqarası "Milli Şura" adlı qurumun fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, bu günə qədər də xalq tərəfindən onlara dəstək mövcud deyildi. Ümumiyyətlə, müxalifətin indiyədək söylədiyi bütün fikirlər, verdiyi vədlər bir daha onu göstərdi ki, artıq hər şey ortadadır və bunlar seçkilərdə də fiaskoya uğrayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə