“OPEK ölkələrinin dünya iqtisadiyyatı və siyasətində rolu” FOTO

“OPEK ölkələrinin dünya iqtisadiyyatı və siyasətində rolu” FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda "OPEK ölkələrinin dünya iqtisadiyyatında və siyasətində rolu" mövzusunda elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirli, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Kamran Abdullayev və ATGTİ-nin "Elm və Təhsil Departamenti"nin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ATGTİ-nin Elm və Təhsil Departamentinin rəhbəri Əzizə Nəcəfova OPEK təşkilatının yaranma tarixindən və dünyada siyasi və iqtisadi məsələlərə təsir imkanlarından danışıb.

Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov deyib ki, belə konfransların keçirilməsi tələbə gənclərin gələcək həyatlarında mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Geostarteji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirli isə çıxışı zamanı bildirib ki, 1960-cı ildə yaradılan OPEK təşkilatında təmsil olunan ölkələr dünyanın nəhəng enerji potensialına malikdirlər: " On iki dövlətin təmsil olunduğu OPEK təşkilatı dünyada neft potensialının 3/2-nə sahibdir. OPEK dünyada neft çıxarılmasının 40%-ni, qaz ixracının isə 60 %-ni nəzarətdə saxlayır. Belə olduğu halda, bu təşkilat dünyanın həm siyasi, həm də iqdisadi mühitinə ciddi təsir imkanlarına malikdir. Eyni zamanda OPEK ölkələrinə daxil olan ölkələrin arasında olan münasibətlər də birmənalı deyil. Bu təşkilatla münasibətdə də böyük ölkələrin müəyyən təziq siyasəti var. Bir sıra hallarda təşkilata üzv olan ölkələrində iqtisadi potensialına, neft və qaz potensialına adekvat olmayan inkişaf tərzi də var".

Çıxışı zamanı E.Nəsirli qeyd edib ki, Azərbaycan OPEK ölkəsi olmasada 2 milyard ton neft ehtiyyatı, 2,6 trilyon kubmetr qaz ehtiyyatı var və bu ehtiyyatları 7 kəmər vasitəsi ilə dünya bazarına çatdırır. Bir sıra layihələr artıq gerçəkləşib, TANAP layihəsi isə 2017-ci ildən reallaşdıralacaq. Azərbaycan belə bir göstəriciyə arxalanaraq bir sıra avropa ölkələrinin enerjiyə olan təlabatının 40%-dən çoxunu ödəyir. Bütün bunlar çox ciddi faktlardır".

Daha sonra ATGTİ-nin "Elm və Təhsil Departamenti"nin əməkdaşları məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə